TƏBRİK: HAQVERDİYEV ATƏŞİN ƏNVƏR OĞLU — 58

İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Belə insanlardan biridə Müharibə Veteranı, ehtiyatda olan mayor Haqverdiyev Atəşin Ənvər oğludur. Mart ayının 8 — də onun 58 yaşı tamam olur.

Arzu edirik ki, Atəşin Haqverdiyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədir müavini polkovnik Salman Musayev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin  üzvü ehtiyatda olan mayor Haqverdiyev Atəşin Ənvər oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insanın üçün ən şirin neymət olan möhkəm cansağlığı, ailə sədəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

AVMVIB üzvü,  ehtiyatda olan mayor Haqverdiyev Atəşin Ənvər oğlu 08.03 1964-cü ildə Azərbaycan Respublikası Ağdam rayonunun Qiyaslı kəndində anadan olub.

1981-ci ildə Ağdam rayonunun Qiyaslı kənd orta məktəbi, 1986-ci ildə Azərbaycan Politexnik institutunun avtomobil nəqliyyat fakultəsini, 1999-cu ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə  (ixtisas artırma) kursunu «əla» qiymətlərlə bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində  keçirilən   bir çox metodiki — təlim toplanışlarlarda, təlimlərdə, seminar və konfranslarda  iştirak edib. Hərbi təcrübə mübadiləsi əldə etmək üçün Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara, İstanbul və İzmir şəhərlərində yerləşən hərbi hissələrdə və hərbi məktəblərdə işgüzar səfərdə olmuşdur.

Atəşin Ənvər oğlu Haqverdiyev 1986-1990-cı illərdə Gədəbəy rayon Avtomobil bazasında mühəndis  1990-1992-ci illərdə isə Ağdam rayon Dəzgahqayırma zavodunda mühəndis vəzifələrində işləyib.

«Hərbi Xidməti keçmə Haqqında» əsasnamənin müvafiq maddəsinə  1986-cı  ildə  Haqverdiyev  Atəşin Ənvər oğluna SSRİ Müdafiə Nazirinin əmrinə əsasən ilkin  leytenant hərbi rütbəsi verilib.

1992-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Şirvan  (Əlibayramlı) şəhərində, Ağdərə, Ağdam, Xaçmaz (Yalama qəsəbəsində) və Hacıqabul  rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, motoatıcı bölük komandirinin müavini, motoatıcı bölüyün kamandiri,  Avtomobil və zirehli texnika xidmət rəisi,   Mühəndis və Kimya xidmət rəisi, Daxili Qoşunların Bas İdarəsinin Əlahiddə İnşaat Dəstəsinin komandiri, Daxili Qoşunların Bas İdarəsinin  Təmir -Tikinti  şöbəsində, YSM xidmətində, Avtomobil və Zirehli texnika şöbəsində zabit vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

Peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətdə keçirib. Atəşin Ənvər oğlu Haqverdiyev Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə bölük komandiri kimi fəal iştirak edib.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtisasların qarşısının alınmasında, Fövqaladə vəziyət zamanı hüquqi rejim qaydalarına əməl olunmasında və Azərbaycanın ərazi bütövlüyün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əli açıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı  əla göstəricilərə, təlimlərdə, xüsusi döyüş əməliyyatlarında, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və igidlik göstərməyə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri «Qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə 10-iliyi və 90-iliyi yubiley  medalları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ATƏŞİN BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN CİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: