Tərtərdə şəhidin Anım mərasimi keçirildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin üzvü olan müharibə veteranları kənd sakinlərinin, müəllim-şagird kollektivinin iştirakı ilə rayonun Yuxarı Qaradağlı kəndində şəhid Zülfüqar Vahid oğlu Qasımovun Anım mərasimi keçrilmişdir.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.


Çingiz İsayev bildirib ki, şəhid Qasımov Zülfüqar Vahid oğlu 1994-cü il, 5 mart tarixində Füzuli rayon istiqmətində gedən döyüşlərdə həlak olub.

22 iyun 1972-ci ildə doğulduğu Yuxarı Qaradağlı kəndin qəbisanlığında 7 mart 1994 ci ildə dəfin edilmişdir.


Tədbirdə veteranlarla yanaşı şəhidin yaxın qohumları iştirak etdilər.


Şəhidlərimizin ruhuna din xadimi Qasımov Cümşüd Mustafa oğlu tərəfindən dualar oxundu.


Şəhidlər kompleksinin önünə əklillər gül dəstələri qoyuldu.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər

Bu xəbəri paylaşın: