TƏBRİK: HÜSEYNOV AĞAHÜSEYN XIZIR OĞLU — 61

       Yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi,işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi  ilə seçilən ömrünün ən məhsuldar dövrünün 31 ildən çox şərəfli xidmət yolunu  Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında  müxtəlif vəzifələrdə  keçirən Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmiş  ehtiyatda olan polkovnik Hüseynov Ağahüseyn Xızır oğlunun  mart ayının  9 — da onun  61- yaşı tamam olur.

      Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin  rəhbərliyi və Avmvib-nin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan polkovnik Hüseynov Ağahüseyn Xızır oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib —  tükənməyən nailiyyətlər arzulayır.

     Arzu edirik ki, polkovnik Hüseynov Ağahüseyn Xızır öğlunun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Polkovnik Ağahüseyn Xızır oğlu Hüseynov  09 mart 1961-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonun Separadi kəndində anadan olub.

     1978-ci ildə Lənkəran rayon Separadi  kənd tam orta məktəbi, 1985 — ci ildə  SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Permski şəhərində yerləşən Ali Hərbi komandirlər məktəbini bitirib. O,  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Türkiyə Cümhuriyyətinin  Silahlı  Qüvvələr Akademiyasında müvafiq kurslarda olub, Daxili Qoşunların Bas İdarəsində  və hərbi hissələrində isə keçirilən bir çox metodiki-təlim toplanışlarında, təlimlərdə, nümnəvi-göstərici məşğələlərdə,  seminar və konfranslarda fəal iştirak edib.

      Hüseynov Ağahüseyn Xızır oğlu  1979 — 1981- ci illərdə  SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Sovet İttifaqının Komi Müxtar Vilayətində yerləşən hərbi hissələrində  müdddətli həqiqi hərbi xidmətdə olub.

     Hüseynov Ağahüseyn Xızır oğlu 1985- 1999 -cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Belarus respublikasında yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin  müavini,böluk komandiri, tabor komandirinin müavinini, Əlahiddə tabor komandiri  2000- 2024 — cü illərdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş idarəsinin Döyüş Hazırlığı şöbəsində baş zabit, Şəki şəhərində, Zaqatala və Hacıqabul rayonlarında  yerləşən hərbi hissələrində  əməliyyat və əlahiddə  tabor komandiri, hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandirinin birinci  müavinini — Qərargah rəisi,  hərbi hissə  komandiri vəzifələrində xidmət edib.

     Polkovnik Hüseynov Ağahüseyn Xızır oğlu  Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra  Lənkəran rayon İcra Hakimiyyətinin  Separadi kənd  inzibati ərazi dairəsinin nümayəndəsi vəzfəsində işləyir.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

      O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsəm də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

       O, qanunvericiliklə  Daxili Qoşunlara və Daxili Qoşunların hərbi hissələrinə ,Əlahiddə bölmələrinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, Respublikada ictimai təhlükəsizliyin təmin edilməsində və  qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşlsının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,   Fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında o, (tabor komandiri, hərbi hissə komandirinin müavinini- Qərargah rəisi) hərbi hissə komandiri kimi  kurator olduğu xidmət sahələrin fəaliyyətinin çevik və məqsədyönlü idarə edilməsində, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatclıq göstərib.

     Polkovnik Ağahüseyn Hüseynov  hərbi hissələrdə rəhbər vəzifələrdə xidmət edərkən bir çox komissiyanın  və məqsədli qrupların rəhbəri və üzvu olduğu illər ərzində səmərəli fəaliyyəti, işgüzarlığı və mənəvi keyfiyyəti, təşkilatçılıq bacarığı ilə daimi  Daxili İşlər Nazirinin, Daxili  Qoşunlar Komandanının və onun müavinlərinin diqqət mərkəzində olmuşdur.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

       Döyüş hazırlığındakı əla göstəricilərə,  təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq  göstərdiyinə görə SSRİ Ali Soveti adından, Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Silahlı Qüvvələr Veteranı,  Qüsursuz Xidmətlərə görə  1-ci, 2-ci və 3-cü dərəcəli , Silahlı Qüvvələrin yaranmasının isə 70-iliyi,  10-illiyi,  90-illyi  və 95-iliyi yubiley  medalları ilə təltif olunub.

       Azərbaycan Respublikası Prezidentinin   6 may 2005 -ci il tarixli 803 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində,  hərbi  borcu, xidməti  vəzifə vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə «Hərbi Xidmətlərə Görə » medalı ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AĞAHÜSEYN BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: