Bərdə rayonunda millət vəkili Fatma Yıldırım və şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribovanın təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar günü münasibətiylə şəhid analarıyla görüş keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov məlumat verib.

İsmayıl Rüstəmov bildirdi ki, görüşdə 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq mübarizəsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tək yumruq kimi birləşməsindən və qəhrəman şəhidlərimizin heç zaman unudulmayacağından söz açılıb. Bərdə rayonundan seçilmiş millət vəkilimiz Fatma Yıldırım daim şəhid ailələrinin və müharibə veteranlarının yanındadır.
Tədbirdə şəhid ailələri ilə yanaşı, AVMVB Bərdə rayon şöbəsinin üzvünolan müharbə veteranları da iştirak ediblər.
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Bərdə

