Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsi rəhbərliyi, müharibə veteranları, AVMVİB-nin fəxri üzvü Məmməd Mənsimov «Əminlər» şirkətinin dəstəyi ilə daha bir şəhid övladının doğum gününü təbrikə yollanıblar.
Sabirabad rayonu Poladtuğay kəndinin şəhidi Daşqın İslamovun bizlərə əmanət qoyduğu övdadı Aqşinin 6 yaşını təbrik üçün müharibə veteranları təşrif buyurublar.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.
Faiq Hüseynov bu işdə daim dəstək olan «Əminlər» şirkəti rəhbərliyinə minnətdarlıq bildirərək, şəhid ailələrini daim diqqətdə saxlamalıyıq. Onlar Vətənimizi qoruyub öz övladlarını bizlərə əmanət etdilər.
Müharibə veteranları şəhidin oğlu Aqşin bəyi təbrik edib, hədiyyələr bağışladılar.
Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir, Sabirabad


