ŞƏRFLİ ZABİT ÖMRÜ: MAYOR MUSA ƏLİYEV — 58

Daxili İşlər Nazirliyi Orqanlarında öz dəst xətt olan, yüksək peşəkarlığı, hümanistliyi,  səmimiyyəti, vətənpərvərliyi  işgüzarlığı və mənəvi keyfiyyətilə secilən ömrünün ən  məhsuldar dövrünün 31 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Orqanlarında  kecirmiş  polis və müharibə veteranı polis mayoru  Əliyev Musa Məmiş öğlunun  setyabr ayının  20 -də  58 yaşı tamam olur.

 Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan  polis mayoru  Əliyev Musa Məmiş oğlunu doğum günü münasibətilə  Azərbaycan Vətən  Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev, müharibə veteranı polis kapitanı Ramiz Şamxalov təbrik edir, ona həyatda insan ucun ən şirin nemət  olan möhkəm can sağlığı və uzun ömur arzulayir.

Musa Əliyevin yaşının üstə gələn bu yaş, ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin .

Müharibə Veteranı mayor Musa  Məmiş oğlu  Əliyev 1964-cü ilin sentyabr ayının  20- də Qərbi Azərbaycanın Alahverdi rayonunun Böyük Ayrım  kəndində ziyalı və zəhmətkeş ailədə anadan olub.

1981-  ci ildə  Qərbi Azərbaycanın Alahverdi rayonunun  Böyük Ayrım kənd orta məktəbi,  1985-ci Azərbaycan Pedaqoji İnstitutunu bitrib. O, Daxili İşlər Orqanlarında xidmət  etdiyi illər ərzində bir çox metodiki təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi-  taktiki təlimlərdə ,seminar və konfranslarda fəal iştirak edib.

1985- 1987 ci illərdə  Sovet Ordusun Sankt-Peterburq  (Leninqad) şəhərində yerləşən hərbi hissədə müddətli həqqi hərbi xidmətdə  olub. 1992 — ci ildən  — 2022- ci ilin  sentyabr ayının 20- na kimi  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Xızı, Abşaron,  Sabunçu rayonlarında yerləşən Polis İdarələrində və Daxili İşlər Nazirliyinin Xüsusi böluyində  müvafiq vəzifələrdə Vətənə,  Dövlətə, Xalqa sədaqətlə xidmət edib.

Azərbaycanın  ərazi bütövlüyü uğrunda  (Zəngilan rayonu istiqamətində ) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə veteranıdır

Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında  , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

 Musa Əliyev Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına,  Polis Andının, Daxili İşlər Nazirliyinin müvafiq Nizamnamələrinin tələblərinin yerinə yetirilməsi istiqamətində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

 Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və Daxili İşlər orqanlarının qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

 -«Daxili İşlər Orqanında  Qusursuz Xidmətlərə görə » medalı ilə .

— » Daxili İşlər Nazirliyinin Polis Veteranı» Medalı ilə;

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN,  MUSA BƏY!

 HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN  OLSUN.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: