I Qarabağ müharibəsi iştirakçısı Seyfi İnqilab oğlu Həsənov.
Seyfi İnqilab oğlu Həsənov 27 oktyabr 1958-ci ildə Ucar rayonunun Lək kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunda almışdır. 1977-1979-cu illərdə Sovet ordusunun tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra uzun illər Rusiyada və Ukraynanın Xarkov şəhərində yaşamışdır.
1989-cu ildə Qarabağ münaqişəsi növbəti dəfə alovlananda, Seyfi Həsənov Xarkov şəhərindən könüllü olaraq döyüşlərə qatılmaq üçün vətənə qayıdır. Azərbaycanda könüllülərdən ibarət dəstələr yaradılırdı. Elə Azərbaycana qayıdan kimi Seyfi Həsənov həmin silahlı birləşmənin tərkibinə yazılaraq döyüşə qatılır.


1990-cı ilin əvvəllərində Göygöl (keçmiş Xanlar rayonu) rayonunun Çaykənd, Azad və Kamo kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edir.
1991-ci il dekabr ayının 10-u erməni hərbi birləşməsi Erkəc, Mənəşid və Buzluq kəndləri istiqamətindən Goranboy rayonunun Todan kəndinə hücuma keçirlər. Həmin döyüşdə əslən şirvanlı olan Milli Qəhrəman Nofəl Quliyev də Seyfi Həsənovla çiyin-çiyinə mübarizə aparırdı. Lakin Nofəl, düşmən tərəfindən vurularaq qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir.
1992-ci ilin iyun ayında Seyfi Həsənov Tərtərə göndərilir. Orada olanda Marquşavan döyüşlərində iştirak edir. Bir neçə uğurlu əməliyyatlarda iştirakçısı olur.
Müharibə hələ başa çatmamışdı ki, Seyfi Həsənov Daxili İşlər Nazirliyinə çağırırlar və Xüsusi Təyinatlı Polis dəstəsinə yazılır. Ucar rayon Polis Şöbəsinin Post Patrul Xidməti rotasına komandir təyin edilir.
2 aydan sonra DİN kollegiyasının təşəbbüsü ilə, Qarabağ döyüşlərində fəal iştirakına görə zabit rütbəsi verilir.
Seyfi Həsənov yenidən ordu sıralarına qayıdır və 1994-cü il atəşkəs elan olunana qədər və ondan bir neçə ay sonra da döyüşlərdə iştirak etdir.
Seyfi Həsənov Şuşa, Laçın, Füzuli və Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatlarında xüsusilə fəallıq göstərmişdir.
Hazırda Zərdab rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədridir. Bununla bərabər, Azərbaycan Respublikası AVMVİB sədrinin ölkə üzrə səlahiyyətli nümayəndəsidir.
“Müharibə veteranı” “Cəmşid Naxçıvanski adına” və “Milli ordunun yaranmasının 100 illiyi” medalları ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı, altı nəvəsi var.
Hörmətlə,
Süleyman Tarverdi