Azərbaycan Vətən Müharubəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin üzvü olan müharibə veteranları şəhid Məmmədov Rəşid Rəşad oğlunun şərəfinə tikilmiş Xatirə Bulağının açılışında iştirak ediblər.
Bu barədə sosial şəbəkədə məlumat yayan Saleh Dostiyev veteranların şəhidin ailəsi ilə görüşüb atası ilə söhbət etdiklərini bildirib. Görüş zamanı şəhidimizin keçdiyi döyüş yolundan, igidliyindən və qəhrəmanlığından danışılıb.
AVMVİB Lənkəran rayon şöbəsi adından şəhid atasının qarşısında baş əydiyimizi bildirdik və Allahdan səbr dilədik.
Şəhidlər Ölməzlər, Əbədi Yaşarlar!



Bu xəbəri paylaşın: