Blinken Ermənistanın Azərbaycanla sərhədində mülki Aİ missiyasının yerləşdirilməsini alqışlayıb

ABŞ dövlət katibi Entoni Blinken etimad yaratmaq üçün Ermənistanın Azərbaycanla sərhədində mülki Aİ missiyasının yerləşdirilməsi planlarını alqışlayıb.

Bu barədə Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından sonra Dövlət Departamenti məlumat yayıb.

“Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirləri və liderlər arasında birbaşa danışıqlar da daxil olmaqla davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı müsbət addımları yüksək qiymətləndirdiyini bildirib.

Dövlət katibi baş nazir Paşinyanı planlaşdırıldığı kimi sülh prosesinə dəstək üçün addımlar üzərində Azərbaycanla işi davam etdirməyə çağırıb.

O, sərhədlərin dəqiq delimitasiyası, nəqliyyat əlaqələri, itkin düşmüş şəxslərin axtarışı və müəyyənləşdirilməsi, əsirlərin qaytarılması və digər məsələlər də daxil olmaqla, ABŞ-ın dəstəyini bir daha təsdiqləyib.

O, həmçinin Qarabağ xalqı üçün hüquq və təminatların müzakirəsinin vacibliyini, eləcə də hər iki tərəfin atəşkəs rejimini dəstəkləməsi və davamlı sülhə aparan yeganə yol kimi danışıqlar yolu ilə əldə edilmiş razılaşmaya diqqət yetirməsinin vacibliyini vurğulayıb.

Blikken tvitində qeyd edib ki, Paşinyanla söhbəti zamanı “Azərbaycan və Ermənistan arasında rəsmi sülh danışıqlarında irəliləyişi alqışlayıb”.

“Danışıqlar əsasında əldə olunan razılaşma davamlı sülhün yeganə yoludur”.

Mənbə: Nevs.am

Bu xəbəri paylaşın: