Tərtər rayonunda şəhidin Anım mərasimi keçirilib

Tərtər rayonu Kəngərli kəndində şəhid İntiqam Rövşən oğlu Mənsimlinin Anım mərasimi keçirilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsi sədri Çingiz İsayev məlumat verib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin üzvü olan qazilər, veteranlar, şəhid Sərdar Zeynalov adına Kəngərli kənd tam orta məktəbin müəllim və şagirdləri kəndin sakinləri 17 oktyabır 2022 ci il tarixində şəhid Mənsimli İntiqam Rövşən oğlunun anım tədbirində iştirak ediblər.

İntiqam Mənsimli 2020-ci il oktyabr ayının 16-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Oktyabrın 17-də Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin müvafiq sərəncamları ilə «Cəsur döyüşçü», «Vətən uğrunda», və «Suqovşanın azad edilməsinə görə» medalları ilə təltif olunub.

Anım mərasimində şəhidin qməzarı ziyarət olunub. Ziyarətdə AVMVİB Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev, orta məktəbin direktoru Məmmədov İmran Məmli oğlu və şagirdlər çıxış ediblər.

Şəhidin ruhuna dualar oxundu.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər

Bu xəbəri paylaşın: