Şəhid Ailələrinə «Qayğı» Cəmiyyəti şəhid məzarlarını ziyarət edib

Mingəçevir şəhəri və Yevlax rayonunda müharibə veteranları və şəhid ailələri Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət ediblər.

Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müşaviri Hamlet Gülməmmədov məlumat verib.

H. Gülməmmədovun verdiyi məlumata görə III qrup müharibə əlili Müşfiq Quliyev Fəxri fərmanla təltif edilib.

Həmçinin, Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin bir neçə üzvü də Fəxri fərmanlarla təltif ediliblər.

Xocavənd rayonunun Qaradağlı kəndindən olan şəhid ailələri ilə Mingəçevir şəhərində Şəhidlər Xiyabanı ziyarət olunub. Şəhid məzarları üzərinə güllər qoyulub və dualar edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir

Bu xəbəri paylaşın: