Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Qəbələ rayon şöbəsində 8 Noyabr Zəfər Günü münasibətiylə tədbir keçirilib.
AVMVİB Qəbələ rayon şöbəsinin sədri Rafiq Qaçayev bu prosesdə fəal iştirak edən bir qrup müharibə veteranını Zəfər Günü ilə bağlı təltif edib. Onlara AVMVİB-nin təsis etdiyi Xatirə medalları və Fəxri ilə təltif edilib. Yeni üzvlərə isə üzvlük vəsiqələri verilib. Zəfər Günü ilə bağlı çıxışlar olub.


Rafiq Qaçayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Bu gün döyüşçülər və vətənpərvər soydaşlarımız üçün ikiqat bayramdır. Hər birinizi bu böyük gün münasibətiylə təbrik edirəm.






Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Qəbələ rayon şöbəsinin bir qrup üzvü 8 Noyabr Zəfər Günü münasibətiylə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 1-ci Qarabağ döyüşlərində fəal iştirak etdiklərinə görə Şirinov Tahir Əşrəf oğlu, Qafarov Rüstəm Dursun oğlu, Məmmədov Novruz Vəli oğlu, Həmidov Abil Həmid oğlu, Ağabəyli Bəxtiyar Süleyman oğlu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən 44 günlük Vətən müharibəsində Böyük Zəfər qazanmış Azərbaycan Ordusunun tərkibində döyüşlərdə fəal iştirak etdiyinə görə Bəşirov Rauf Əlihüseyn oğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qəbələ rayon şöbəsinin fəaliyyətinin təşkilində fəal iştirak etdikləri üçün Ağayeva Natalya Bəxtiyar qızı, Rüstəmli Rüstəm Sənvər oğlu, Məmmədova Əfsanə Mübariz qızı, Kazımova Rahidə Ramiz qızı, Nadirli Şəmsiyyə Elman qızı, İbrahimov Gülağa İbrahim oğlu, Qaçayev Fəxriyar Ziinhar oğlu, Kazımov Əmircan Aydın oğlu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatları zamanı döyüş bölgəsində yaralılara tibbi yardım göstərilməsində fəal xidmətlərinə görə Cəlilov İlqar Nizami oğlu, təhsil ocaqlarında şagirdlərə hərbi vətənpərvərlik və milli mənəvi dəyərlərin təbliği sahəsində göstərdiyi xidmətlərə görə Əmiraslanov Araz Əmiraslan oğlu Fəxri Fərmanlarla təltif ediliblər.






AVMVIB-nin Nizamnaməsinə əməl etməkdə təşkilatın rəhbər qərar və göstərişlərinin layiqincə yerinə yetirməsində fəqlənən AVMVIB-in Qəbələ rayon şöbəsinin üzvülərinə «Böyük Zəfər» və «Müharibə Veteranı», «Milli Ordunun yaranmasının 100 illiyi», «AVMVİB-nin 25 illiyi» Xatirə medalları ilə təltif ediliblər:
1. Həmidov Abil Həmid oğlu,
2. Mehralıyev Vüqar Mehralı oğlu,
3. İbrahimov Gülağa İbrahim oğlu,
4. Qaçayev Fəxriyar Ziinhar oğlu,
5.Məmmədov Novruz Vəli oğlu,
6. Şirinov Tahir Əşrəf oğlu.



AVMVİB Qəbələ rayon şöbəsinin sədri Rafiq Qaçayev rayon veteranları adından bütün müharibə veteranlarını və xalqımızı Zəfər Günü münasibətiylə təbrik edib.
Elnur Səlim