Milli Qəhrəmanımız Şəhid Mübariz İbramovun Mövludu münasibəti İlə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) Lənkəran rayon şöbəsində tədbir keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov məlumat verib
Anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirin açlışın edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov iştirakçıları salamlayaraq hər birinə təşəkkür edib. İlham Qurbanov bildirib ki, illər ötsə belə, şəhidlərimiz daim bizim qəlbimizdə yaşayacaqlar. Şəhidləri unutmağa haqqımızın olmadığını qeyd edib.

Şəhidin doğum günündə öz ürək sözlərini bölüşən AVMVİBLənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostuyev qeyd edib ki, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizi hörmət və ehtiramla anılır. Azərbaycan var olduqca anılacağını bildirib. Şəhidlərimizin ruhu qarşısında baş əydyini, qazilərimizə tanrıdan şəfa dilədiyini bildirib

Tədbirdə çıxış edənlər Vətən yolunda şəhidliyin əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olduğunu bildiriblər. Xalqımız hər zaman şəhidlərə borclu olduğunu qeyd ediblər.
Sonda şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.
Allah şəhidlərimizə rəhmət eləsin!


