Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi təşkilatın fəal üzvü, döyüşçü və az saylı döyüşçü müəllim ordusunun nümayəndəsi Bədəlov Əbdülqədir Bədəl oğlu AVMVİB-nin təsis etdiyi xatirə medalları ilə təltif edib.
Qeyd edək ki ,Bədəlov Əbdülqədir Qarabağ müharibəsi döyüşçüsü olub və hal hazırda müəllim işləyir. Gənc nəslin tərbiyəsində və vətənpərvər ruhunda yetişməsində böyük əməyi var.

Xatirə medalın AVMVİB sədri Füzuli Rzaquliyev təqdim edib.
Füzuli Rzaquliyev bildirib ki,xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Dövlətçiliyin, müstəqilliyin möhkəmlənməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli gənc kadrların yetişib avanqard qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dönəmində təhsil sahəsinə xüsusi diqqət yetirilmişdir. Prezident İlham Əliyev elmə, təhsilə diqqət və qayğı göstərir və Cənab Prezidentin diqqət və qayğısı sayəsində ölkəmizdə elm və təhsil sahəsi sürətlə inkişaf edir. 44 günlük Vətən Müharibəsində təhsil işçiləri, müəllimlər üzərlərinə düşən vəzifələri lsyiqincə yerinə yetirdilər. Sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlayan haqq döyüşümüzdə şanlı qələbəni istər ön cəbhədəki, istərsə də arxa cəbhədəki cəsurlar hesabına əldə etdik. Qəhrəmanlıq, şəhidlik zirvəsini fəth edənlər sırasına müəllimlərimizdə var.
Füzuli Rzaquliyev keçmiş döyüşçüyə zəfər marşlarıyla Qarabağa qayıdış diləyib.

