Türkiyənin çətin günündə bütün Azərbaycan xalqı tək yumruq halında qardaşının yanında olduğunu bir daha sübut etdi.Uşağdan böyüyə hərkəs əlindən gələn kömək üçün səfərbər oldu. Türkiyə səfirliyinin Azərbaycan xalqına müraciətindən sonra yardım Hatay,Kahramanmaraş və digər bütün zəlzələ baş vermiş ərazilərə göndərilib.

AVMVİB-in sədri Füzuli Rzaquliyev bildirib ki: «Biz hər zaman Türkiyənin yanındayıq,istənilən arenada ,istənilən çətinlikdə biz qardaşımızla birik ,bir yerdəyik. Bu qardaşlığımız kökləri o qədər dərindirki heçbir zəlzələ bizim mənəvi qardaşlıq,yoldaşlıq binamızı yıxa bilməz.
Türkiyədə vəfat edənlərə Allahdan rəhmət,Yaralılara şəfa diləyirəm.Tanrı türkə yar olsun.»

AVMVİB -in sədr müavini Abdülrəhmanov Vahid bildirib ki: «Biz hər zaman Türkiyəyə dəstək etməyə hazırıq,Veteranlar olaraq qardaş ölkəyə Allahdan kömək diləyirik.Zələzələ nəticəsində evini itirən hər bir qardaşımızın yanındayıq.Allah ölənlərə rəhmət eləsin»
Vetaranlar daima Türkiyənin yanındadır!




