Beyləqanda  Türkiyədə zəlzələ nəticəsində zərər çəkənlərə  QARDAŞ dəstəyi

Beyləqan rayonunda qardaş Türkiyədə zəlzələ nəticəsində zərər çəkən qardaş və bacılarımıza yardım aksiyası keçirilib.

Ölkənin hər yerində olduğu kimi, Beyləqan rayon  sakinləri də zəlzələdən zərərçəkən qardaşlarımıza kömək üçün yardım aksiyasına qoşulublar.

Yardım aksiyasında  Beyləqan rayon Şəhid Mili Qəhraman Namiq Allahverdiyev adına bir nömrəli tam orta məktəbin direktoru Gülbəniz Cəfərova başda olmaqla məktəbin müəllim və  şagird kontingenti , AVMVİB – in Beyləqan rayon şöbəsinin sədri  Əlövsəd Məmmədov ,veteranlar iştirak ediblər.

Aksiya Ceyhun və Elgün qardaşlarıının təşkilatçılığı ilə baş tutub

Elçin Qədirov

Bu xəbəri paylaşın: