AVMVİB rəhbərliyi şəhid ailəsinin ziyarətində olub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov bu gün Xocavənd Rayon Qaradağlı kənd sakini şəhid ailəsi Hüseynova Həqiqət Yusif qızına baş çəkmişlər.

Həqiqət Hüseynova 1989-cü ildə Qaradağlı kəndində erməni quldur birləşmələrinə qarşı yaradılmış könüllü özünümüdafiə dəstəsinin üzvü olmuş və 17.02 1992-ci il tarixədək Qaradağlı kənd könüllü özünümüdafiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir 15, 16 və 17 fevral 1992-ci il tarixlərində ermənilərin Qaradağlı kəndinə böyük qüvvə ilə son hücumları zamanı Hüseynova Həqiqət Yusif qızı bir mərd və mətin qadın, ana kimi vuruşan könüllü dəstəyə yaxından kömək göstərmiş, onlara ərzaq silah-sursat və hətta yaralanan zaman sarğı işlərinin aparılmasında da fəal iştirak etmişdir. Lakin düşmən silahlı quldur birləşmələrinin sayca və silah-sursat baxımından hədsiz sayda üstün olduğu döyüşdə nəhayət 17.02.1992-cı il tarixdə konullu dəstə üzvlərindən sağ qalanlar əsir alınmış və kənd işağal edilmişdir İşğal zamanı Hüseynova Həqiqət Yusif qızı da ermənilər tərəfindən əsir götürülmüş və ağır mənəvi, fiziki işgəncələrə məruz qalmışdır. O 11 gün əsirlikdə qaldıqdan sonra çətinliklədə olsa dövlət xətti ilə azad edilmişdir.

AVMVİB sədri Füzuli Rzaquliyev təşkilat adından Həqiqət Hüseynovaya üzvlük vəsiqəsi təqdim etmiş, onu AVMVİB-in təsis etdiyi «Vətən Müharibəsi Medalı» ilə təltif etmişdir.
Füzuli Rzaquliyev ziyarət etdiyi şəhid ailəsinin üzvlərinin də iştirak etdiyi bu görüşündəki nitqində də bir daha vurğulamışdır ki, şəhid ailələrinə, Vətən müharibəsi veteranlarına və Qazilərimizə diqqət hər bir Azərbaycan vətəndaşının borcu və sosial məsuliyyətidir və bu ənənənə mütəmadi olaraq davam etdiriləcəkdir.

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: