Neftçala  sakinləri Türkiyəyə dəstək aksiyasına qoşulub

Neftçala rayon sakinləri də qardaş Türkiyədə baş verən zəlzələdə ziyan çəkən əhaliyə kömək məqsədilə yardım kampaniyasına qoşulublar.

Neftçala rayonunun Bankə qəsəbə sakini Hüseynov Vüqar və həyat yoldaşı həmin qəsəbənin Şəhid Ə.Cəfərov adına 1 nömrəli tam orta məktəbin direktoru Hüseynova Gülnar Qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər görmüş qardaşlarımız üçün “humanitar yardım  aksiyası”- ın davam etdirirlər.

Bu barədə  AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynov məlumat verib.

Mübariz Hüseynov  bildirib ki,Azərbaycan, Türkün ata ocağıdır. Biz qardaş Türkiyə xalqının yanındayıq. Necə ki, onlar 44 günlük müharibədə bizim arxamızda idilər. Onların kədəri bizim kədərimiz, sevincləri bizim sevincimizdir. Allah Türk millətinin köməyi olsun. 

Türklərə Vətən deyil Türkiyə nə Azərbaycan 

Vətən böyük məbəddir türklərə TURAN

Bu xəbəri paylaşın: