İnsan ücün tadda qalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il insanlar tərəfindənxüsusi qeyd olunur.Belə insanlardan biri də Azərbaycan Ordusunda və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xətai rayon şöbəsində öz dəsti – xətti olan, dərin zəkası, peşəkarlığı, humanistliyi, insanpərvərliyi,sadəliyu və vətənpərvərliyi ilə seçilən AVMVİB-in Xətai rayon şöbəsinin sədri istefada olan kapitan Kazımov Sabit Suleyman oğludur. Fevral ayının 11- də onun 61 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq, üzüağ cıxan Sabit müəllimi belə bir əlamətdar gün münasibətlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi, Fədai.az kollektivi,doğmaları və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən yeni-yeni nailiyyətlər arzulayırlar.

Arzu edirik ki, istevada olan kapitan Kazımov Sabit Suleyman oğlunun yaşının üstə gələn, bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni yaşı isə ötən illərdən daha daha yaxşı onu xoşbəxt edəcək şəkildə kecsin.
Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Sabit Kazımov AVMVİB-nin ictimai həyatında fəal iştirak edən müharibə veteranlarımızdandır. Birlik daxili tədbirlərdə, müharibə veteranlarının problemlərinin həllində daim öndə olan şöbə sədrlərindəndir. Onun xidmətləri AVMVİB Rəhbərliyi tərəfindən Xatirə medalları və Fəxri fərmanlarla mükafatlandırılıb. 44 günlük Vətən müharibəsi günlərində də daim ordumuza dəstək olmağa çalışıb.
Doğum günü münasibətilə Sabit Kazımovu bir daha təbrik edir, «100 il yaşa» deyirik! Bütün gözəlliklər sənin olsun!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SABİT BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini polkovnik Salman Musayev


