AVMVİB I Zona üzrə aparılmış monitorinqin nəticəsi olaraq fəaliyyətsiz olan AVMVİB Binəqədi rayon şöbəsində rəhbərliyin dəyişdirlməsi qərara alındı. AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə Mərdan Ələsgərov AVMVİB Binəqədi rayon şöbəsinə yeni sədr təyin edildi.

AVMVİB Binəqədi rayon şöbəsinin yeni sədri Mərdan Ələsgərov Qarabağ döyüşlərinin fəal iştirakçısı olmaqla yanaşı, həm də «AzərSu» ASC-nin əməkdaşıdır. Vəzifəsinin icrasına yeni başlamış şöbə sədri Mərdan Ələsgərovla söhbət əsnasında bildirdi ki, veteranlara qayğı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Binəqədi rayonunun veteranlarının bu proseslərdən kənarda qalmaması üçün şöbənin fəaliyyətini bərpa etməyə çalışırıq. Rayon şöbəsinin iqamətgahı yoxdur. Əlaqələr və şöbənin fəaliyyəti zəif olduğuna görə müharibə veteranları birlikdən uzaq düşüblər. Hazırda onları yenidən bir araya gətirməyə çalışırıq.
AVMVİB Binəqədi rayon şöbəsinin sədr Mərdan Ələsgərov qeyd etdi ki, AVMVİB-nin şöbələrinin daha aktiv fəaliyyət göstərmələri istiqamətində mühüm işlər görülür. Veteranlarımız Azərbaycan dövlət müstəqilliyinin qurulmasında, dövlətçiliyin qorunmasında və ölkəmizin inkişafında həmişə fəal iştirak ediblər. İnanırıq ki, rayon veteranları şöbənin yenidən dirçəldilməsində də yaxından iştirak edəcəklər.

Şöbənin gələcək planlarından söz açan Mərdan Ələsgərov QEYD ETDİ Kİ, birliyin əsas məqsədi ölkənin ictimai həyatında veteranların fəallığının artırılmasına gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərlə bağlı ruhun aşılanması Qarabağ müharibəsi əlilləri və veteranlarının hüquqlarının qorunmasını fəaliyyətimizin prioriteti elan etmişik.
Şöbə sədri, fəaliyyət üçün indiyə qədər ofislərin olmamasını da vurğuladı, lakin o öz fəaliyyəti dövründə bu məsələni həll etdiyini bildirdi. Hal-hazırda ofisdə təmir işləri gedir, ulu öndərin doğum günündə tam şəkildə fəaliyyətə başlayacaqlarını bildirdi.
Ümummilli lider H. Əliyevin xalqımız qarşısında göstərdiyi möhtəşəm xidmətləri unutmaq olmaz. Elə ona görə də şöbənin tam fəaliyyətə başlamasının ulu öndərin ad gününə təsadüf etməsi rayon veteranlarının dövlətimizə və dövlətçiliyə olan bir ehtiram nümunəsidir.
Hər il veteranlar kolektiv şəkildə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub ruhuna dualar oxyurduq. Bu il məlum pandemiyaya görə qarantin səbəbindən Heydər Əliyevin ad gününü bu şəkildə qeyd etməyi qərara almışıq.
Mərdan Ələsgərov bildirdi ki, bir rayon şöbəsi kimi rayonun ictimai həyatında yaxından iştirak etməyə çalışırıq. Gələcək fəaliyyətimizdə də Binəqədi rayon İcra Hakimiyyəti ilə «Veteranlar haqqında» Respublika Qanunun və Ali Baş Komandan cənab İlham Əliyevin fərman və göstərişlərinə uyğun şəkildə sıx əlaqələr qurmağa çalışacağıq.
Şöbə sədri Mərdan Ələsgərov, həmçinin işlədiyi «Azərsu» ASC rəhbərliyinə, müharibə veteranlarına göstərdikləri diqqət və qayğya görərə öz təşəkkürünü bildirdi.

AVMVİB Binəqədi rayon şöbəsinin fəaliyyətinin yenidən bərpa edilməsində müharibə veteranları Ələkbərov Vaqif, Bayramov Sabir və AVMVİB –nin fəxri üzvü Abbasov İlqar çox fəallıq göstərirlər.
Əziz veteranlarımıza bu şərəfli və məsuliyyətli işdə uğurlar arzulayır və yeni-yeni nailiyyətlər diləyirik.
Elnur Səlim
