TARİXDƏ ARYAN (İRAN) VƏ TURAN DARTIŞMASI

Dr. Ahsen BATUR

(Əvvəli: https://fedai.az/?p=50979https://fedai.az/?p=51052https://fedai.az/?p=51190, https://fedai.az/?p=51261)

Dnepr ilə Volqa arasında təşəkkül edən qərb mədəniyyətinə, Surubnaya (TIMBER-grave / taxta məzar) mədəniyyətləri adı verilmişdir. Qazaxıstan ilə Cənubi Sibir arasındakı bozkır bölgəsinə aid olan şərq mədəniyyəti isə, kəşf yerinə (Yenisey), Andronovo mədəniyyəti olaraq xatırlanmağa başlanmışdır.

Erkən Tunc dövrünün iki çöllü toplumu iqtisadiyyat, sosial inkişaf və mədəniyyət formaları baxımından bir-birinə çox yaxın idi.


Bu cəmiyyətlərin, mühacirət edərək gələn müxtəlif qrupları assimilyasiya etməsi və ilk yaxınlığı tədrici surətdə aradan qaldırmaları, fərqli xalqların ortaya çıxmasına zəmin hazırlamışdır. Beləcə, Andronovo mədəniyyətinə mənsub olanlarla, Xəzər ətrafı bögələrdəki «Srubnaya» lar, Bürünc Dövründə Qazaxıstan bozkırının əsl sakinləri oldular.

Görünür, bu mədəniyyət yalnız Qərb Sibir və Yeniseyin yuxarı vadilərinə yayılmaqla qalmamış, Mərkəzi Tyan-Şanın, Cənubi Tacikistan və Əfqanıstanın cənubunadək yayılmışlar. Hətta Şimali Pakistanda (Svata Vadisi), bəzi Andronovo elementlərinə rast gəlinir.


Hər halda, Andronovoların əsl yurdları Qazaxıstan və Uralın sərhəd bölgələridir. Andronovların görünüşü necə idi? Məşhur antropoloq Ord. Prof. V.P. Alekseyev aşağıdakı xətləri yazdı: «Andronovolar, əlbəttə, avropalı idilər. Onlara xas olan xarakteristik üz cizgiləri, bir nöqtədə, bəlkə də də müasir görünüşümüz, tam şəkliylə və hətta daha çox əks olunmuşdur. Klassik avropoid tipinin yüzdə yüz və qəti şəkildə görünüşləri, Qafqazlıların bariz üz cizgilərində görünməkdədir. Avropalıların əksəriyyəti dikburun quruluşlu və sifətlərində isə demək olar ki, almacıq sümüyu yoxdur. Geniş açılmış gözləri ilə, bəlkə də Qafqaz sakinlərinin üzlərini xatırladırdılar.

Lakin Avropalılar Afanasevodan daha geniş sifətə malik idilər. Alınlarında, gözlərinin altında, qaşlarının ucları daha güclü və sıx şəkildə kənara dartılırdı. Kobud görünüşlü, lakin gözəl, sağlam bədənli və mərd çöhrəli idilər.

Onları, avrupalıların, tək bir böyük muhacirətlə və ya mühacirət dalgaları halında şərqə doğru güclü bir şəkildə yönəlişlərinin son əksi olaraq görmək lazımdır. Bunları da Andronovo mədəniyyətinin müəyyən ünsürlərini, güya cənub istiqamətinə aparan qədim Ari tayfalarının köçməsi səbəb oub. Arinin Hindistana gəlməsi bir sözlə, qədim şərqə sarsan bütün əhəmiyyətli və ya əhəmiyyətsiz hadisələrin toplusudur».


Andronovo insanının əsas gəlir mənbəyi, həmişə heyvandarlıq olmuşdur. Qəbirlərdə olan qabların üzərlərindəki izlərdən, əsas qida maddələrinin süd məhsulları olduğu aydın görünür. Andronovo məskunlaşma mərkəzlərində rast gəlinən mətbəx tullantılarının çoxunu isə, mal-qara, at və qoyun sümükləri təşkil etməkdədir.

Ari modelinin müdafiəçilərinin əsas fəlsəfələri bunlardır: »Əgər Asiyada edilən qazıntılarda, açılan kurganlarda bir sıra yadigarları bulunmuşsa və bunların bənzərlərinə Avropada da rastlanmışsa, bu qəti olaraq o mədəniyyətin Avropa, dolayısıyla Ari mənşəli olduğunu göstərir! »


Bunun əksinə olan bir görüşü Qərblilər rədd edər və hətta araşdırılmağa belə dəyməz görüşlər arasına soxarlar.


‘Qısacası, bu görüşə görə Orta Asiya, qədimdən bəri Türklərin vətəni deyil, Ari Andronovoların yurdudur. Dyakonovun bu görüşü, digər Qərb həmkarlarının görüşünün təkrarından başqa bir şey deyildir.»


Halbuki Andronovoların, yəni Turani xalqların, Qafqaz irqiylə heç bir əlaqəsi yoxdur. Qafqaz irqi, öz deyişiylə yanaqda almacıq sümüklərinin az qala qeyri-müəyyən olması ilə tanınır. Ancaq türklərdə almacıq sümükləri olduqca görünəndir.

Arilərin ölkəsi

Prof. Klyaştornıy daha da irəli gedərək, Orta Asiyadan Hindistana qədər olan torpaqları arilərə verdikdən sonra, Zenda Vestada və Zərdüşti Yaştlarda (İlahilər) keçən kimi sözləri Amu-Dərya ilə Sır-Dərya və Türküstanın bəzi coğrafi adlarını yadlaşdırmağa çalışır.


«Daha sonrakı məlumatlara istinadən, burada keçən iki çaydan Ranhanı, qətiliklə Volganın köhnə adı; Tanrıça Ardvi Ardah Anahitanın çayı olan Ardvinin isə e.ə. III-II. əsrlərdə Uzboy üzərindən Xəzərə tökülən Amu-Dərya olduğu və bunlarla yadlaşdırmaq istəyi bilinməkdədir. Ardvi Çayının töküldüyü Vörukaşa dənizi də Ranha (Volga) və «Kunduz ölkəsi» ylə (Kama hövzəsiylə) əlaqəli olan Xəzər dənizinidir. Bu vəziyyətdə Ariana Vaycanın ikinci çayı Datya, qətiliklə Sır-Dərya ilə özgəşləşdirilə bilər. Qanqanın, Sır-Deryanın orta və aşağı məcrasından axmasına aid tezislər üzərində daha əvvəl ətraflıca dayanmışdıq.

Hipotetizmə belə ehtiyac görülmədən, Çayçasta Gölü, Aral Gölüylə dəyişdirilməkdədir. Hukaryaya gəldikdə («Yüksək Hara»); Bunlar Pamir-Altay və Tyan-Şan bölgələridir.

«Eyni və qədim tanrılara tapınan, zəfər üçün eyni dillə onlara dua edən arilərin, Turlar və Hion o qəbilələri arasındakı döyüşün fırtınalı tarixi də, Ari- anam Vayca sərhədlərində, Amudərya və Sır-Dərya sahillərində, Xəzər, Aral, Volga və Kama sahillərində keçmişdir. Əks-sədaları Yaştlara əks olunan hadisələr, yəqin ki, Zərdüşt zamanından daha əvvəl, e.ə. II. minilliyin ortalarıyla I. minilliyin əvvəllərində baş vermişdir.

Bu uzun izah verməkdə məqsədimiz, Ari Modelinin müdafiəçilərinin, nə qədər hökmlü olduqlarını göstərmək, varlığını tamamilə inkar edə bilmədikləri qeyri ari xalqları isə kiçik bir sahəyə həbs etmələrini gözlər önünə sərməkdən ibarət idi.

Məsələn, yenə eyni yazar heç bir dəlil göstərmədən Ariərin Böyük Bozkırdakı xələflərinin, bunların nəvələri olan Saka və Savramatlar olduqlarını irəli sürərlər. Halbuki, İmperator Zemarxos Göktürklərə elçi gəldiyi zaman: «Onlara əvvəllər özlərinə Saka deyərdilər, indi onların adı türk olmuş»-deməkdən özünü saxlaya bilməyib.

Müəllif nədənsə özü-özünü təkzib etdiyini başa düşməyib. Çünki, əgər həqiqətən Ari köçləri baş vermişsə, yəqin ki, Orta Asiya o zaman boş ərazilər deyildi. Digər tərəfdən yazar, Arilərin turlarla və Hionitlərlə çarpışdıqlarını qeyd etməkdədir, burada keçən Turlar Türkləri göstərir. «İti uclu dəbilqələr geyən döyüşçülər» isə İskitlərdir. Hionitler isə illər sonra Göytürklər tərəfindən məğlub edilən Juan-Juanlarla [cücen] birlikdə Avropaya köç edərək Avarları təşkil edən xalqdır.»

Amma bu fikir ifratçı Ari Modelinə ziddir. Çünki Ari və ifratçı Ari Modeli, Avropa torpağının və iqliminin ən yaxşı iqlim və torpaqlar olduğunu, bu səbəbdən burada yaşayan insanların da digərlərindən üstün olmaları tezisini lazımınca müdafiə edir. Əgər bu doğrudursa, bir insan niyə Allahın yaratdığı ən gözəl iqlimli torpaqları tərk edib, Asiyanın yarımçöl bozkırına mühacirət etsin ki? Burada yanlış bir şey olması görünür. Göründüyü kimi, Klyasşornıy və özlərini Ari sayan Qərblilər, Türklərin əsrlərdir sahibi olduqları torpaqlara arilərin, yəni Qərblilərin uzaq atalarını yerləşdirmə səyi içindədirlər.

Rus sosioloq və tarixçi L.N. Qumilyov, «Etnogenez -Xalqların Şəkillənməsi», «Yüksəliş və eniş» adlı əsərinin giriş qisimində, oxucuya xəyali bir səfərdən bəhs edər və güya yadplanetlilərin bir kosmos gəmisiylə keçmiş dövrdə onu ölkə-ölkə dolaşdırdıqlarını, sonra da Xəzərdə bir yerə buraxdıqlarını, lakin buraxarkən, «elm adamı ol, araşdırma vəzifəlisi olma!» dediklərini qeyd edərək, «Çünki onlar elm adamıyla araşdırma vəzifəlisi arasındakı fərqi çox yaxşı bilirdilər»- deyə əlavə edir. «Bu gün yalnız Türkiyədə deyil, dünyanın dərhal hər yerində bol miqdarda araşdırmaçıya rast gəlmək olar, amma elm insanına rast gəlmək şans işidir. Burada, bu tədqiqat heyəti sayəsində irəli sürülən Aryanizm nəzəriyyəsinin sürətli yayılması, məhz bu araşdırmaçıların sayəsində baş tutmuşdur.

Tədqiq etmədən, tənqid süzgəcindən keçirmədən, «o söyləmişsə doğrudur» görüşüylə, yüzlərlə araşdırmaçı, özündən əvvəlkilərin söylədiklərini sanki «tutuquşu» kimi təkrarladılar.

Məsələn, iki Rus tədqiqat köməkçisinə nəzər salaq. Klyaştornıy, Ari mühacirət və istilaları mövzusundakı fikirlərini, tamamilə Dyakonova istinad edir. Sonuncusu isə bir başqasına. Bir dəfə M. İ. Artamonov, «Xəzər Tarixini» əsərini yazınca, Rusiyada bu insanı demək olar ki, ortadan qaldıracaqdılar. Bunun səbəbi, Artamonovun qismən araşdırmaçı, qismən elm adamı olması və Xəzərlər dövründə Krımda və Taman yarımadasında kiçik bir Rus dövlətinin olduğu şəklindəki iddialarını çürüdüb, bir çox gözdə alimin səhvlərini üzlərinə vuraraq, yerin dibinə soxmasıydı. Sonra şagirdi Qumilyov eyni aqibətə məruz qalacaqdı.

Artamonov belə deyirdi: «Krım və Taman yarımadasının erkən sakinlərinin slavyanların olduğu şəklindəki hipotezin söykəndiyi arxeoloji materiala gəlincə, bu, arxeoloqların, ortaya atdıqları fərdi hökmlərə təməl təşkil etsin deyə, heç bir tənqidə rastlamadan tarixçilərin fikirlərini mənimsəmələrinin zəhmətsizcə doğurduğu arxeoloji fantazyalardan biridir.»

Nəzəriyyənin pərdə arxası gerçəklikləri

Yuxarıdan bəri izah etdiyimiz şeylər, Üstün Ari Modelinin yalnız bir istiqamətidir və bəlkə də hadisəyə antisemit bir görünüş vermək surətiylə, «üzərində günəş batmayan imperatorluğun,» yəni Britaniyanın parıltılı günlərində yayılışına qanuni bir zəmin hazırlanması əsl güdülən məqsəddi.


İngiliscəni hindilərə öyrətdiyi zaman, bunlar ümumiləşdirilmişdir:


»Miladdan bir neçə min il əvvəl, Sanskritcə danışan və Mərkəzi Asiyanın bilinməyən bir yerindən gələn və «Aryani» deyilən barbar ordalar, Hindistanın şimal-şərqinə hücum etdilər. İndus vadisində inkişaf etmiş Dravid mədəniyyətini yerlə-yeksan etdilər».


Bu cür, kültürlü hindilərinin uzaq tarixi haqqında bildikləri tək şeydir. Məktəb kitablarında da fərqli bir şey yoxdur. Ancaq on ildir həyata keçirilən bütün qazıntılar və tədqiqatlara baxmayaraq, bu iddianı sübut etmək üçün ortada heç bir dəlil yoxdur. Əsasən, artıq bu iddia arxeoloji, genetik, astronomiya, riyaziyyat və tarixi-coğrafi baxımdan da tamamilə yalanlamaqdadır.

Amma bu nəzəriyyə rədd edilmiş olsa da, bəs necə tez və geniş yayılmışdır? Əvvəlcə XIX əsr ziyalıları Sanskrit ilə yunancanı və ya Latın dili arasında bir sıra oxşarlıqlar olduğunu görüncə, bunun bu dilləri danışan xalqların atalarının qohumluğuna işarə etdiyini irəli sürdülər. Halbuki, o sırada İngiltərə, bir az əvvəl ifadə etdiyimiz kimi, Avropanın mədar-ı iftixarı halına gəlmişdi və bu vəziyyət, qürurlu Qərb ziyalıların dillərinin və mədəniyyətlərinin cəhalət bataqlığında gəzişən Hind mədəniyyəti və dili ilə qohum ola bilməyəcəyini, bu səbəbdən vəziyyətin tərsinə çevrilməsi lazım olduğu qənaətinə gəlmə yolunu açdı. Onsuz da bu arada Hindli ziyalılar da Qərbin xidmətinə girmişdilər və böyük alim (!) Maks Müllerin səsinə qulaq verməyə can atırdılar.

Pazırıq Xalçası (Ermitaj Muzeyi)

Bu nöqtədə dövrəyə girən Müller, bir tərəfdən Hindlilərin rəngləri, digər tərəfdən mədəniyyət səviyyələrini nəzərə alaraq, qohumluq və yaxınlığın atalar cəhətindən deyil, yalnız dil cəhətdən mümkün ola biləcəyi fikirini qarşıya sürdü. Beləcə ilk əvvəllər eyni dili danışan xalqların ortaq atalara sahib olduqları tezisi rəfə qoyularaq, qohumluğu və bənzərliyin yalnız dil və xüsusilə də sözlər mövzusunda olduğu tezisini yerləşdirməyə çalışıldı, amma yarım ağızla.


Məcburən «Ari ailəsi» məkanını daha da genişləndirildi, o cümlədən rəngi qara olmayan farslar, taciklər, Qafqaz xalqları və s. bu ailəyə daxil edildi. Bunu Qərb dilləriylə, Hindistan, İran, Tacik, Rus və Qafqaz dilləri ilə arasında oxşarlıqların izlədi. O da yarım ağızla. Çünki Qərb dilləri başqaları, xüsusilə də Fars, Tacik və s. arasında «sintaksis» ayrılığı problemi özünü göstərdi.

Aryanizm nəzəriyyəsinə qarşı birincisi hind alimi Swami Dayananda Sarasvrati çıxdı. Saraswati, Aryani istilası tezisini rədd edərkən vedalardan keçən «Arya» sözünün bir yarış və ya xalqla deyil, əxlaq və dəruni həllə əlaqədar olduğunu isbat etdi. Swami Dayananda, mövzuyla əlaqədar bir konqresdə, «cynically» belə demiş: «Avropalı ustadlarının sizlərə, yad əllərdən gələn Arilərin ölkəni ələ keçirmək üçün hakimiyyət təsis etdiklərini və özlərinə yer açmaq məqsədi ilə yerliləri təşkil etdiklərini izah edirlər. Bunlar axmaq, eşşəkcə bir şeydir! Amma bizim Hindistan ziyalıları onlara «Amin» deyərək, əl, pəncə, daban dayandırdıqlarını anlamaq olmur!

Amma onlar, bütün bu yalanları uşaqlarımıza öyrədir. Ariyalıların xaricdən gəldiyini sübut etmək üçün tək bir dəlil yoxdur.

Hindistanın hamısı Aridir. Bax məsələ budur!»

Maks Müller (1894-1895)

Swamiyə görə anlamlı sözlər çox aydın və mənalıdır. Onun demək istədiyi, İngilislərin uzaq babalarının heç bir zaman Hindistanda olmadıqları və bu səbəbdən nəvələrinin bu ölkəyə istilaçı olaraq gəldikləri idi. Qərb intellektlərinin ən böyük ustası və Maks Müller nə deyirdi: «Biz İngilislər, biz Batılılar, bu torpaqların əsil sahibləriyık. Bura işğalçı kimi gəlmədik. Sadəcə Vətənə döndük».

Qeyd edək ki, Rusiyanın Türkistanı işğal etməsi iddiaları da eyni idi. Başqa sözlə, Orta və Mərkəzi Asiya, digər Türk vətənləri və Hindistan Ari vətənidir, ancaq haradan gəldikləri bilinməyən qeyri xalqlar (türklər və hindlilər) gəldi və zavallı Ariləri öldürdülər və torpaqlarına əl qoydular!


Əgər aryanizm, Maks Müllerin iddia etdiyi kimi, irqi qohumluğu deyil, dil qohumluğunu əsas götürürsə, bəzi sözlərin bir-birinə bənzəməsi xaricində heç bir ortaq istiqamətləri olmayan və bu gün əsl Arilər deyə bilinən irani xalqlarla qohumluq iddiası yerinə, dillərinin sentaksis quruluşu bir-biriylə az qala yüzdə yüz üst-üstə düşən Ərəblərlə niyə qohumluq qurmadıqlarını başa düşmürəm.


Çünki farsca, türkcə, tacikcə sintaksis baxımından eyni dil qrupuna girərkən, rusca, ərəbcə, ingiliscə və s. arasındakı sintaksis oxşarlığı həqiqətən də 100%.-dir.

Bu xəbəri paylaşın: