Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında öz dəst- xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 41 — ildən çox şərəfli xidmət yolunu DİN-in Daxili Qoşunlarında hərbi xidmətdə və Daxili İşlər orqanlarında keçirmiş istefada olan polkovnik— leytenant Qaçayev Rafiq Zinhar oğlunun iyul ayının 26 -da 62 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Qəbələ rayon şöbəsinin sədri, polis və müharibə veteranı- istefada olan polkovnik — leytenant Qaçayev Rafiq Zinhar oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib) rəhbərliyi, doğmaları,yaxınları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.

Polkovnik — leytenant Qaçayev Rafiq Zinhar oğlu 1961 — ci ilın iyul ayının 26 — da Azərbaycan Respublikasının Qəbələ rayonun Vəndam kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
Polkovnik-leytenant Qaçayev Rafiq Zinhar oğlu 1978 — ci ildə Qəbələ rayonunun Vəndam kənd 1 nömrəli tam orta məktəbini, 1980 — ci ildə Bakı şəhər 84 nömrəli Texniki peşə məktəbini, 1990 — cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Omsk Ali Milis (polis) məktəbini bitirib. O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində , Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında keçirilən bir çox metodiki — təlim toplanışlarda, xüsusi — taktiki təlimlərdə , komando — qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1980 -1982 — ci illərdə Sovet Ordusunun Puskov vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1983 — 1984 — cü illərdə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kemerov vilayətində Şaxtada müxtəlif vəzifələrdə xidmət olub.
1984- 1986 — cı və 1990 -.1991 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Kemerov vilayətin Osink rayon milis (polis) şöbəsində polis nəfəri, əməliyyat müvəkkili, cinayət- axtarış bölməsinin rəisi vəzifəsində olub.
1992 — 1996 — cı illərdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyin Daxili Qoşunların Baş İdarəsində Əməliyyat — axtarış bölməsinin rəisi, Döyüş Hazırlığı İdarəsinin baş zabiti, 1997 -2017-ci illərdə isə Daxili İşlər Nazirliyinin Baş İctimai təhlükəsizlik idarəsində inspektor, baş inspektor, şöbə rəisinin müavini və şöbə rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.

Rafiq Qaçyev Daxili İşlər Nazirliyindən təqaüdə çıxdıqdan sonra 2018 — ci ildən etibarən Azərbaycan Respublikasının Qəbələ rayon polis şöbəsində katibliyin rəisi vəzifəsində işləyir.
Azərbaycanın Ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə, Füzuli və Cəbrayılı rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Polkovnik leytenant Rafiq Qaçayev Cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və iclah-əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında o, cümlədən əməliyyat şəraitinin təhlili, idarəçilik mexanizminin təkmilləşdirilməsi, kompleks tədbirlərin hazırlanması və digər sahələrdə üzərinə düsən məsul vəzifələri hər zaman layiqincə yerinə yetirmişdir, bu illərdə bir çox əməkdaşın yetişməsində xüsusi əməyi olmuşdur. O,təqaüdə çıxandan sonra da şəxsi heyətin hərbi — vətənpərvərlik tərbiyəsində və peşəkarlığın artırılmasında yüksək səviyyədə bir çox işlər görür.Polis vetiranı kimi Daxili İşlər orqanlarının ictimai həyatında yaxından iştirak edərək, zəngin həyat və xidməti təcrübəsini daimi gənclərlə bölüşur.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində və Baş İctimai təhlükəsizlik idarəsində xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi və Polis Andın, Daxili işlər nazirliyinin post — patrul, Daxili Qoşunların isə döyüş xidməti nizamnamələrinin tələblərinin əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümunə olmuşdur.
Polkovnik leytenant Rafiq Zinhar oğlu Qaçayevin hərbi və polis yoldaşları onu vətənpərvər, cəsarətli, qorxmaz, saxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, qohum-əqrəba, dost — tanış arasında özünə layiq hörmət qazanıb .

Xidməti vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin və onların müavinlərinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, Ali Mils məktəb rəisinin, İdarə və şöbə rəislərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı yubiley və döş nişanları ilə təltif olunub,bir cox fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və Rafiq Qaçayevə təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında , respublikada əmin — amanlığın təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:
1.«Azərbaycan Polisinin 90 illiyi ( 1918 — 2008)» yubiley medalı ilə;
2”Azərbaycan Polisinin 95 illiyi ( 1918 — 2013)» yubiley medalı ilə;
3.”Polis Veteranı » medalı ilə;
4.»Qüsursuz xidmətlərə görə» 3-cü dərəcəli medal- Daxili işlər orqanlarda 10 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətlərə görə» 2-ci dərəcəli medal-Daxili işlər orqanlarda 15 təqvim ili xidmətə görə;
6.»Qüsursuz xidmə görə» 1-ci dərəcəli medal- Daxili işlər orqanlarda 20 təqvim ili xidmətə görə;
7.” Böyük zəfər” medalı ilə;
8.”Azərbaycan Milli ordusunun yaranmasının 100 illiyi (1918-2018)” yubiley medalı ilə;
9.”Azərbaycan Respubilkasının müharibə veteranı medalı ilə;
10.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin yaranmasının 25 illiyi (1994- 2019)” yubiley medalı ilə.
62 YAŞIN MÜBARƏK OLSUN RAFİQ !
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİSİN.

